Avstraliyalı "McLaren" pilotu Oskar Piastri "Formula-1" üzrə 2025-ci il dünya çempionatının 13-cü mərhələsi, Belçika Qran-prisində qalib gəlib.
Moderator.az xəbər verir ki, yarış Spa-Frankorşam trassında baş tutub.
Piastrinin komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. "Ferrari"dən Şarl Lekler isə üçüncü olub.
Qeyd edək ki, dünya çempionatının növbəti mərhələsi avqustun 1-dən 3-dək Macarıstanda keçiriləcək.