AZ

"Komo" prezidenti Moratanın transfer şərtlərini açıqlayıb

"Komo" klubunun prezidenti Mirvan Suvarso hücumçu Alvaro Moratanın mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, funksioner transferin baş tutması üçün “Milan” və “Qalatasaray” klublarının oyunçunun vaxtından əvvəl geri qaytarılması ilə bağlı razılığa gəlməsi vacib olduğunu bildirib:

“Alvaro Morata ilə müqavilə hazırdır. O, şərtlərlə razılaşıb və biz “Milan”la bütün detalları razılaşdırmışıq. İndi sadəcə “Qalatasaray” və “Milan” arasında danışıqların yekunlaşmasını gözləyirik. Biz öz işimizi gördük”.

Xatırladaq ki, 2025-ci ilin fevralında “Qalatasaray” Alvaro Moratanı “Milan”dan bir illik icarəyə götürmüşdü.

Seçilən
18
90deqiqe.az

1Mənbələr