İngiltərənin “Everton” klubu Fransanın “Lion” komandasının gənc vingeri Malik Fofananın transferində maraqlıdır.
90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı Fransanın nüfuzlu L’Equipe nəşri yayıb.
Mənbənin məlumatına görə, “irisilər” artıq belçikalı futbolçunun keçidi üçün danışıqlara başlayıblar və “Lyon”a 35 milyon avro təklif ediblər. Lakin Fransa təmsilçisi gənc oyunçusu üçün minimum 40 milyon avro tələb edir.
20 yaşlı futbolçu ilə “Bavariya” və “Liverpul” da yaxından maraqlanır.
Ötən mövsüm Fofana “Lion”un heyətində bütün turnirlər daxil olmaqla 41 oyuna çıxaraq 11 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 30 milyon avro olaraq göstərir.