AZ

“Osasuna” onu “Yuventus”a satmaqdan imtina edib

İtaliyanın “Yuventus” klubu “Osasuna”nın müdafiəçisi Flavyen Bonomonu transfer etmək istəyinə rədd cavabı alıb.

90deqiqe.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, La Liqa klubunun rəhbərliyi əsas heyətin daha bir üzvünü itirmək istəmədiyindən kamerunlu futbolçunun satışına qarşı çıxıb. 

23 yaşlı mərkəz müdafiəçisi Bonomo “Osasuna”ya ötən mövsüm “Valyadolid”dən 5 milyon avroya keçmişdi. O, başa çatan mövsümdə klub səviyyəsində 40 oyuna çıxıb, 2 qola imza atıb.

Bonomonun komandadan yalnız o halda ayrılacağı bildirilir ki, “Yuventus” onun müqaviləsindəki 25 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə razı olsun. Hazırda Turin klubunun bu məbləği ödəməyə hazır olduğuna dair heç bir təsdiq yoxdur.

Qeyd edək ki, daha öncə klubun əsas oyunçularından Xesus Areso “Atletik” (Bilbao) klubuna transfer olunmuşdu.

Seçilən
29
90deqiqe.az

1Mənbələr