AZ

Albaniyalı futbolçu "İnter"dən ayrılmaq istəmir

Albaniyalı futbolçu Kriştian Aslani İtaliya çempionatında qalmaq niyyətindədir.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, “İnter”in yarımmüdafiəçisi 15 milyon avro dəyərində sərfəli təklifə baxmayaraq, İspaniyanın “Betis” klubuna keçməkdən imtina edib.

Maraqlıdır ki, hazırda heç bir A Seriyası klubu Aslani üçün bu məbləği ödəməyə hazır deyil. Bu səbəbdən onun icarəyə verilməsi variantı gündəmdədir.

21 yaşlı dayaq yarımmüdafiəçisi 2022-ci ildən “İnter”də çıxış edir. O, bu kluba “Empoli”dən transfer olunmuşdu. Aslani ötən mövsüm klub səviyyəsində 39 oyuna çıxıb, orta hesabla hər matçda 48 dəqiqə meydanda olub. Futbolçu 11 sarı vərəqə alıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
22
90deqiqe.az

1Mənbələr