AZ

Tramp yenə Aİ-yə YOX DEDİ

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı üçün rüsumların səviyyəsini 15%-dən aşağı edirmək niyyətində olmadığını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşdə müvafiq bəyanatla çıxış edib .

ABŞ lideri müxbirin Aİ-yə 15%-dən daha yaxşı tarif dərəcəsi təklif edə bilərmi sualına "Yaxşısı aşağı deməkdir? Xeyr" deyib.

İyulun 12-də Tramp avqustun 1-dən Avropa İttifaqından gələn mallara 30%-lik rüsumların tətbiq ediləcəyini bəyan edib. Onun sözlərinə görə, Avropa ölkələrinin səlahiyyətliləri güzgü cavabı verərsə, ABŞ öz tariflərinə “həmin rəqəmi” əlavə edəcək.

Seçilən
112
1
publika.az

2Mənbələr