Bakı. Trend:
Rusiya ilə Şimali Koreya arasında dəniz nəqliyyat əlaqəsininbərpası məsələsi gündəmdədir.
Trend-in Rusiyamətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyatərəfdən iki ölkə arasında ticarət-iqtisadi və elmi-texnikiəməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edənRusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov bildirib.
“Biz ölkələrimiz arasında istənilən əlaqə formalarını nəzərdənkeçiririk”, – deyə o vurğulayıb.
Qeyd olunur ki, Moskvadan Şimali Koreyanın paytaxtı Pxenyana ilkbirbaşa reys bazar günü Moskva vaxtı ilə saat 19:00-da (Bakı vaxtıilə 20:00) Şeremetyevo hava limanından yola düşəcək.