Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) quruda əsaslı nüvə silahıdaşıya bilən raketlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulan 934milyon dolları, ehtimal ki, Qətər tərəfindən sabiq prezident DonaldTrampa hədiyyə edilən Boeing 747-8 təyyarəsininmodernləşdirilməsinə yönəldib.
Trend xəbər verirki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, təxminən 400 milyon dollar dəyərində olantəyyarənin təkmilləşdirilməsi layihəsi ilə bağlı vəsaitin tamşəkildə bu məqsədə sərf olunub-olunmayacağı hələ də qeyri-müəyyənolaraq qalır. Bununla belə, ABŞ administrasiyasının rəsmiləri“NYT”yə anonim şəkildə bildiriblər ki, Qətərin hədiyyə etdiyitəyyarənin prezident təyyarəsinə çevrilməsi üçün vəsait nüvəsilahlarının modernləşdirilməsi üçün ayrılmış büdcədən təminolunacaq.
Qəzet qeyd edir ki, Boeing 747-8 təyyarəsinin yenidən qurulmasıprosesi bir ildən iki ilə qədər vaxt apara bilər.