Yevlax rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Çənlibel qəsəbəsində içkili şəxslər arasında baş verən mübahisə qanla bitib.
1962-ci il təvəllüdlü Mirzəyev İlham Məmmədiyə oğlu və 1978-ci il təvəllüdlü Kərimov Habil Kərim oğlunu bıçaqlayıb.
İ.Mirzəyev Habili arzuolumaz davranışlarda ittiham edərək bıçaqla sifətinə çapıq çəkmək istəyib.
Amma bıçaq zərbədən yayınmaq istəyən Habil Kərimovun boğazına batıb və o aldığı ağır xəsarətdən yerindəcə dünyasını dəyişdi.
Faktla bağlı araşdırma aparılır.