Bakı. Trend:
Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürtemberq əyalətininBiberax bölgəsində sərnişin qatarı relsdən çıxıb.
Trend xəbər verirki, bu barədə Bild qəzeti Ştutqart polisinin nümayəndəsinəistinadən məlumat yayıb.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Məlumata görə, qatarın bir hissəsi yan üstə aşıb, bir vaqonundamı ciddi zədələnib. Bir neçə vaqon tamamilə relsdən çıxaraqmeşəlik ərazidəki bənd üzərində dayanıb. Hadisə yerinə polis vəfövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub, xilasedicilərvaqonlara baxış keçirirlər.
Bild qəzeti yazır ki, Roytlinqendəki idarəetmə mərkəzi hadisəni"kütləvi insident" kimi qiymətləndirib. Bu isə çoxlu saydayaralının tibbi yardıma ehtiyac duya biləcəyi ehtimalınıgöstərir.