Bu gün futbol üzrə qadınlararası Avropa çempionatının final görüşü baş tutub.
Offsideplus.az xəbər verir ki, həlledici matçda İspaniya və İngiltərə yığma komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb, əlavə vaxtda hesab tablosu dəyişməyincə qalib penaltilər seriyasında müəyyənləşib.
Burada ingilislər 3:1 hesabı ilə daha dəqiq olub və kuboka sahib çıxıb.
Qeyd edək ki, İngiltərə milli komandası ardıcıl ikinci dəfə qitə birincisi olub. Onlar daha öncə 2022-ci ildə Avropa çempionatı tituluna yiyələnmişdilər.