ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Cənubi Koreyanın xarici kəşfiyyat xidməti Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat zonasında böyük hücum planlaşdırdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinə yaxın mənbələr tərəfindən məlumat yayılıb.
Məlumata görə, iyul-avqust aylarında Rusiya ordusu bir neçə istiqamətdə genişmiqyaslı hücuma keçəcək. Hücumda Şimali Koreya istehsalı qırıcıların iştirakı da istisna edilmir.
Qeyd edək ki, bundan əvvəl rus qoşunları Krasnoarmeysk (Pokrovsk), Zaporojjya və Kupyansk istiqamətlərində irəliləyərək bir neçə yaşayış məntəqəsinə daxil olublar. Hücumlar həmçinin Sumı vilayəti və Seversk bölgəsini də əhatə edir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.