AZ

Ukraynalılar Yuliyaya etibar etmirlər Səbəb

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ukraynalılar yeni baş nazir Yuliya Sviridenkoya etibar etmirlər”

Gloablinfo.az bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

“Sviridenko hökumətə həddindən artıq qeyri-müəyyənlik dövründə, Rusiyanın hücum əməliyyatlarını gücləndirdiyi, Avropanın təhlükəsizliklə bağlı öhdəliklərinə yenidən baxdığı, Ağ Evin isə gələcək dəstəkdən çəkindiyi bir vaxtda gəldi. Bir sıra ukraynalı və qərbli analitiklər əmindirlər ki, o, sadəcə Ukrayna Prezidenti Volodimir Zelenskinin adamıdır. Yeni baş nazir, həm də açıq-aşkar seksist tənqidlərə məruz qalır”, – deyə nəşrdə yazılıb.

Qeyd edək ki, iyulun 17-də Ali Radanın plenar iclasında Yuliya Siridrenkonun namizədliyi təsdiqlənərək Baş nazir seçilib. O, buna qədər ölkənin iqtisadiyyat naziri olub. 39 yaşlı yeni Baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasından başlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
globalinfo.az

1Mənbələr