ain.az bildirir, GlobalInfo portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında məlumat yayıb.
O bildirib ki, əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, xüsusilə hava hücumundan müdafiənin gücləndirilməsi olub.
“Bizim Rusiya raket və dronlarından etibarlı müdafiəyə ehtiyacımız var”, – deyə Zelenski əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.