AZ

Almaniyada qatar relsdən çıxdı - Ölən və yaralananlar var

BAKI, 27 iyul. TELEQRAF

Almaniyanın qərbində qatarın relsdən çıxması nəticəsində ölən və xəsarət alanlar var.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qəza Baden-Vürtemberq torpağında, qatar meşəlik ərazidən keçərkən baş verib. Qatarda təxminən 100 nəfərin olduğu bildirilir. Onlardan azı 3 nəfəri xəsarət alıb.

Yanğınsöndürənlər və xilasedicilər relsdən çıxmış vaqonlara çatmağa və qatarın içində ilişib qalmış sərnişinləri çıxarmağa çalışırlar. Qəzanın səbəbi hələ məlum deyil. Versiyalardan biri kimi relslərin üzərində ağacların aşması göstərilir. Faktla bağlı istintaq başlanılıb.

Seçilən
68
1
teleqraf.com

2Mənbələr