AZ

Formula 1: “Maklaren” daha bir “dubl”a imza atdı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 13-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Stavelotda təşkil olunub.

Belçika qran-prisində də “Maklaren” pilotları dominantlıq ediblər. Bu dəfə qələbəni Oskar Piastri qazanıb. Avstraliyalı 24 yaşlı pilot 44 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 6-cı, karyerası ərzində isə 8-ci qələbəsidir.

İkinci yeri Norrisin komanda yoldaşı Lando Norris tutub. Podiumun son pilləsi “Ferrari”dən Şarl Leklerə qismət olub.

Geridə qalmış 13 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 266 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 250 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 185 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 516 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 248 xalla ikincidir. “Mersedes” isə 210 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 14-cü qran-prisi Macarıstanda keçiriləcək. Modyorodda baş tutacaq bu yarış avqustun 3-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 266
  2. Lando Norris (Maklaren) – 250
  3. Maks Ferstappen (Red Bull) – 185
  4. Corc Rassell (Mersedes) – 157
  5. Şarl Lekler (Ferrari) – 139
  6. Luis Hamilton (Ferrari) – 109
  7. Kimi Antonelli (Mersedes) – 63
  8. Aleksander Albon (Uilyams) – 54
  9. Niko Hulkenberq (Zauber) – 37
  10. Esteban Okon (Haas) – 27
  11. İsaak Hacar (Rasinq Bulls) – 22
  12. Pyer Qasli (Alpin) – 20
  13. Lens Stroll (Aston Martin) – 20
  14. Liam Louson (Red Bull) – 16
  15. Fernando Alonso (Aston Martin) – 16
  16. Karlos Sayns (Uilyams) – 16
  17. Yuki Tsunoda (Rasinq Bulls) – 10
  18. Oliver Berman (Haas) – 8
  19. Qabriel Bartoleto (Zauber) – 6
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 516
  2. Ferrari – 248
  3. Mersedes – 220
  4. Red Bull – 192
  5. Uilyams – 70
  6. Zauber – 43
  7. Rasinq Bulls – 41
  8. Aston Martin – 36
  9. Haas – 35
  10. Alpin – 19
Seçilən
41
arena.az

1Mənbələr