İtaliyanın A Seriyasına yenidən yüksələn “Kremoneze” heyətini təcrübəli qapıçı ilə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, sözügedən klub “İnter”in sabiq futbolçusu Emil Auderonun transfer edib.
Ən çox “Sampdoriya”dakı çıxışları ilə tanınan, 1997-ci il təvəllüdlü italo-indoneziyalı qolkiper baş məşqçi Davide Nikolanın rəhbərliyi altında komandanın əsas dayaqlarından biri olacağı gözlənilir.
Qeyd edək ki, İtaliya A Seriyasının yeni mövsümünə avqustun ikinci yarısında start veriləcək. Hazırda ölkə çempionu son üç ildə ikinci titulunu qazanan “Napoli”dir.