AZ

Çin "SatNet" peyk interneti üçün aşağıorbitli peyklər qrupunu orbitə buraxıb

Bakı. Trend:

Çin "SatNet" layihəsi çərçivəsində aşağıorbitli peyklər qrupunuuğurla orbitə çıxarıb.

Trend xəbər verirki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, buraxılış Pekin vaxtı ilə saat 18:03-də (Bakıvaxtı ilə 14:03) Şansi əyalətinin şimalında yerləşən Tayyuankosmodromundan həyata keçirilib. Buraxılışda CZ-6A (“Çançjen-6-ei”)tipli daşıyıcı raketdən istifadə olunub. Bu, “Çandjon” seriyalıraketlərin 585-ci buraxılışıdır.

Qeyd olunur ki, modifikasiya edilmiş iki mərhələli CZ-6A raketi50 metr uzunluğa malikdir və ekoloji cəhətdən təmiz yanacaq –kerosin və maye oksigen qarışığı ilə işləyir. Raket dörd bərkyanacaq gücləndiricisi ilə təchiz olunub və günəşlə sinxron orbitə(500 km hündürlükdə) təxminən 6,5 ton faydalı yük çıxarmaq imkanınamalikdir.

Raket Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindənÇin Aerokosmik Elm və Texnologiya Korporasiyası ilə birgəhazırlanıb.

Seçilən
29
az.trend.az

1Mənbələr