AZ

Avro-2025: Qadınlardan ibarət İngiltərə millisi Avropa çempionu oldu

Qadın futbolçular arasında keçirilən Avro-2025-in final oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə və İspaniya milliləri arasında keçirilən həlledici qarşılaşma İsveçrənin Bazel şəhərindəki “Zankt Yakob Park” stadionunda baş tutub. Oyun Fransadan olan referi Stefani Frappartın idarəçiliyi ilə keçirilib.

Əsas və əlavə vaxt 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçın 25-ci dəqiqəsində ispaniyalı yarımmüdafiəçi Mariona Kaldente hesabı açıb. 57-ci dəqiqədə isə İngiltərə millisinin hücumçusu Alessia Russo tarazlığı bərpa edib.

Qalibi müəyyənləşdirmək üçün keçirilən penalti seriyasında İngiltərə yığması daha dəqiq olub – 3:1.

Bu nəticə ilə İngiltərə millisi Avropa çempionu titulunu qoruyub. Qeyd edək ki, İngiltərə yığması 2022-ci ildə öz meydanında təşkil olunan finalda Almaniyanı əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək ilk dəfə qitə çempionu olmuşdu.

Seçilən
28
90deqiqe.az

1Mənbələr