AZ

Zelenskinin adı narkotik istifadəsində hallanır

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Russia Today” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Ukrayna Prezidenti Volodimir Zelenski haqqında qalmaqallı açıqlama verib.

Globalinfo.az Moskva mətbuatında yayılan məlumatlara istinadən xəbər verir ki, o, “Vladimir Solovyovla axşam” verilişində çıxışı zamanı Zelenskinin özünü ölməz”” kimi aparmasının səbəbini kokain istifadəsində hallandırıb.

“Şəxsi söhbətlərdə insanlar soruşanda ki, Zelenski niyə özünü belə aparır… o, ölməzdir? Mən hamıya başa salıram ki, o, özünü ölməz hiss edir, çünki bu, onun istifadə etdiyi kokainin təsiridir”.

O, əlavə edib ki, bu maddənin belə bir psixoloji təsiri olduğunu bilən insanlar iddia edirlər.

Qeyd edək ki, bu Simonyanın Zelenskiyə yönəlik ilk sərt tənqidi deyil. O, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin istedadını onun həmişə haqlı olması ilə izah etmişdi.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
globalinfo.az

1Mənbələr