“Yuventus” gənc mərkəz müdafiəçisi Covanni Leoninin transferini reallaşdırmağa çox yaxındır.
90deqiqe.Az-ın “La Stampa”ya istinadən verdiyi məlumata görə, Turin klubu “Parma” ilə aparılan danışıqlarda rəqibləri olan “İnter” və “Milan”ı geridə qoyub və artıq razılıq mərhələsinə çatıb.
Məlumata əsasən, “Yuventus”un təklifi “Parma” tərəfindən müsbət qarşılanıb. Belə ki, “ağ-qara”lar sövdələşmədən sonra futbolçunu bir mövsümlük icarə əsasında yenidən “Parma”ya göndərməyi təklif edib.
Qeyd edək ki, 18 yaşlı italyan müdafiəçi ötən mövsüm A Seriyasında “Parma”nın heyətində 17 oyuna çıxıb. “Parma” Leonini 2024-cü ilin yayında “Sampdoriya”dan 4,8 milyon avroya transfer etmişdi. Hazırda onun bazar dəyəri “Transfermarkt” portalına görə 18 milyon avro təşkil edir.