AZ

Tbilisidə rusiyalı idmançılara kəskin etiraz olundu

BAKI, 27 iyul. TELEQRAF

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən qılıncoynatma üzrə dünya çempionatında Rusiya millisinin iştirakı kəskin etirazla qarşılanıb.

Teleqraf xəbər verir ki, sablyaçıların mübarizəsi zamanı üç nəfər narazılığını bildirib.

Gürcüstan polisi onları zorla arenanın ərazisindən uzaqlaşdırıb.

Bundan başqa, naməlum şəxslər Rusiya nümayəndə heyətinin qaldığı otelin yaxınlığında fişəng partladıblar və "Bu gün fişəng, sabah qrad" yazılmış banner asıblar.

Qeyd edək ki, dünya çempionatı iyulun 30-dək davam edəcək. Rusiya qılıncoynadanları mundialda neytral statusda mübarizə aparırlar.

Seçilən
61
2
teleqraf.com

3Mənbələr