AZ

“Əl-Nəsr” Mark Kukurelyanı transfer etmək istəyir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Çelsi”nin müdafiəçisi Mark Kukurelyanı heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, komandanın ulduz futbolçusu Kriştiano Ronaldo portuqaliyalı Joao Feliksin keçidindən sonra klub rəhbərliyindən növbəti transfer kimi Kukurelyanı istədiyini bildirib. Səudiyyə təmsilçisinin artıq 27 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

İspaniyalı cinah müdafiəçisi ötən mövsüm “Çelsi”nin heyətində 54 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri “Transfermarkt” portalına əsasən 35 milyon avro təşkil edir. Kukurelyanın London klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Seçilən
23
90deqiqe.az

1Mənbələr