Almaniyada sərnişin qatarı relsdən çıxdı: Ölənlər və yaralananlar var
Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq federal əyalətində sərnişin qatarının relsdən çıxması nəticəsində bir neçə nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində yaralananların da olduğu deyilir. Ölən və yaralananların dəqiq sayı məlum deyil.