İstanbulda keçirilən "IDEF-2025" beynəlxalq müdafiə sərgisində Türkiyənin "Roketsan" şirkəti adi yük konteynerinə bənzəyən raket buraxılış sistemini nümayiş etdirib.
Publika.az xəbər verir ki, şirkət yeni sistemi Atatürk hava limanının ərazisində yerləşən sərgi meydançasında nümayiş etdirib.
Altı və ya on iki metr uzunluğundakı yük konteyneri altı "Kara Atmaca" yer-yer qanadlı raketlərini yerləşdirə bilər. Onların uçuş məsafəsi 300 km-ə qədərdir. Konteynerdə həmçinin buraxılış idarəetmə mərkəzi də var.
Belə “kamuflyaj” sayəsində sistemin aşkarlanmasının çətin olduğu və hücumun qəfil ola biləcəyi vurğulanır.