Bakı. Trend:
Futbol üzrə qadınlar arasında Avropa çempionatının finalgörüşündə İngiltərə və İspaniya yığmaları üz-üzə gəlib.
Trend xəbər verirki, İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşmanın əsas vaxtı1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibi müəyyən etmək üçünkeçirilən penaltilər seriyasında İngiltərə millisi 3:1 hesabı iləüstünlük qazanaraq Avropa çempionu olub.
Beləliklə, İngiltərə qadınlardan ibarət milli komandasıtarixində ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Komandailk dəfə bu uğura 2022-ci ildə nail olmuşdu.