BAKI, 28 iyul. TELEQRAF
Avropa Komissiyası (AK) ticarət rüsumlarının 30%-dən 15%-ə endirilməsi üçün digər tədbirlərlə yanaşı ABŞ-yə Rusiyadan olan neft və təbii qazı tam şəkildə Amerikanın sıxılmış təbii qazı və nüvə yanacağı ilə əvəzləməyi vəd edib.
Teleqraf xəbər verir ki, bu barədə AK sədri Ursula fon der Lyayen Şotlandiyada ABŞ Prezidenti Donald Trampla danışıqların nəticələrinə dair açıqlamasında bildirib.
"Sövdələşmə Avropa İttifaqının (Aİ) Rusiya təbii qazı və neftindən tam imtina edərək böyük həcmdə Amerika sıxılmış təbii qazı və nüvə yanacağı almasını əhatə edir", - o bildirib.
Fon der Lyayenin fikrincə, Aİ ölkələri hələ də həddindən artıq Rusiya qazı alır və Rusiya neft məhsulları hələ də "arxa qapıdan" Aİ-yə daxil olur. O, Aİ-nin artıq Rusiya resurslarını istəmədiyini bildirərək, Amerika sıxılmış təbii qazının daha yaxşı olduğunu qeyd edib.