Bakı. Trend:
Nigeriyanın Niger əyalətində çayda baş verən qayıq qəzasınəticəsində azı 13 nəfər həyatını itirib, onlarla insan isə itkindüşüb.
Trend xəbər verirki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, taxta qayığın göyərtəsində 100-ə yaxın insan olubvə onlar yaxınlıqdakı bazara yollanırmış. Yerli rəsmi İşiyakuAkilunun sözlərinə görə, hadisənin dəqiq səbəbi hələmüəyyənləşdirilməyib, lakin ilkin ehtimallara əsasən, qayıqhəddindən artıq yükləndiyi üçün aşıb.
İlkin məlumata əsasən, 13 sərnişin həlak olub, əksəriyyəti qadınvə uşaqlar olan 26 nəfər isə xilas edilib. Qalan sərnişinlər itkindüşmüş hesab olunur.
Hazırda faciə yerində xilasetmə əməliyyatları davam etdirilir vəölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, bu cür hadisələr Nigeriyada, xüsusilə Nigerəyalətində tez-tez baş verir. Xatırladaq ki, təxminən doqquz ayəvvəl eyni bölgədə dini bayramdan qayıdan insanları daşıyan qayığınbatması nəticəsində ən azı 60 nəfər, əsasən qadın və uşaqlar,həyatını itirmişdi.