AZ

Bölgə klubu iki futbolçu ilə müqaviləni uzatdı

Misli Premyer Liqasında mübarizə aparacaq "İmişli" 2 futbolçusu ilə müqavilə müddətini artırıb.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Elmir Rəhimzadə ilə 1 illik, Lətif Rzayevlə isə 2 illik yeni sözləşmə bağlanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu yarımmüdafiəçidir və onlar Birinci Liqada "İmişli"nin formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
44
bizim.media

1Mənbələr