AZ

Türkiyədə meşə yanğını törətməkdə şübhəli bilinən yeddi nəfərdən üçü həbs edildi

BAKI, 28 iyul. TELEQRAF

Türkiyədə yanğın törətməkdə şübhəli bilinən yeddi nəfərdən biri köhnə döşəyi yandırmağa çalışarkən meşə yanğınına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində yazıb.

Türkiyəli nazirin sözlərinə görə, hadisə Sakarya-Akyazı-Boztepe rayonunda baş verib. Məlum olub ki, 22 iyulda başlayan və meşə ərazisinə yayılan yanğını köhnə döşəyi yandırmağa çalışan bir kişi törədib.

Yanğın həmin gün söndürülüb.

Yerlikaya həmçinin yanğın törətməkdə şübhəli bilinən yeddi nəfərdən üçünün artıq həbs edildiyini bildirib.

Seçilən
36
teleqraf.com

1Mənbələr