AZ

Estoniya sərhədi yaxınlığında dronların düşməsindən narahatdır

BAKI, 28 iyul. TELEQRAF

Estoniya Rusiyanın Leninqrad vilayətinə dron hücumunun nəticələrindən narahatdır.

Teleqraf “Narvanews”a istinadən xəbər verir ki, Rusiya-Ukrayna münaqişəsi dövründə ilk dəfə olaraq vurulmuş dronların qalıqları Avropa İttifaqının (Aİ) xarici sərhədindən bir neçə kilometr məsafədə yerə düşüb.

Nəşr qeyd edir ki, bu hadisə Narva şəhərinin, eləcə də Estoniyanın sərhədyanı rayonlarının sakinlərinin narahatlığına səbəb olub.

Narva və yaxınlıqdakı yaşayış məntəqələrində mobil rabitə və internetdə fasilələr müşahidə edilib. Oxşar fasilələr əvvəllər Rusiya tərəfində hava hücumundan müdafiə vasitələri və radioelektron mübarizə sistemlərinin işlədiyi zaman qeydə alınmışdı.

Seçilən
12
teleqraf.com

1Mənbələr