BAKI, 28 iyul. TELEQRAF
Yəmənin “Ənsar Allah” hərəkatı İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə üsyançıların nümayəndəsi Yəhya Saria bildirib.
"Yəmən Silahlı Qüvvələri fələstinliləri dəstəkləmək üçün hərbi əməliyyatlarını gücləndirmək və düşmənin dəniz blokadasının dördüncü mərhələsinin həyata keçirilməsinə başlamaq qərarına gəlib. Bu mərhələ, milli mənsubiyyətindən asılı olmayaraq, İsrail limanları ilə işləyən istənilən şirkətin gəmilərinə zərbələr endirməyi nəzərdə tutur", - husilərə məxsus “Al Masirah” televiziya kanalının yayımladığı müraciətdə deyilir.