AZ

ABŞ həbsxanasında məhbus səhvən azadlığa buraxılıb

BAKI, 28 iyul. TELEQRAF

ABŞ-nin Luiziana ştatının Yeni Orlean şəhərinin səlahiyyətliləri bu ilin əvvəlində 10 nəfərin qaçdığı həbsxanadan məhbusu səhvən azad ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Xəlil Brayan adlı məhbusun səhvən azad edilməsinə görə polis rəisi Ann Kirkpatrick cümə günü keçirdiyi mətbuat konfransında sakinlərdən üzr istəyib: "Brayan aktiv şəkildə axtarılır. Onun azad edilməsində səhvə yol vermiş bütün məmurlar sorğu-sual ediləcək".

Brayan oğurlanmış əmlaka sahib olmaq, narkotik vasitələrin saxlanması və məmura müqavimət göstərmək kimi ittihamlarla cəza çəkir.

Seçilən
77
teleqraf.com

1Mənbələr