Bakı. Trend:
Somalidə "Əl-Qaidə" terror şəbəkəsi ilə əlaqəli olan "Əş-Şəbab"qruplaşmasının silahlı ekstremistləri ölkənin mərkəzində yerləşənMahas şəhərini ələ keçiriblər.
Trend xəbər verirki, bu barədə yerli mənbələr məlumat yayıb.
Qeyd olunur ki, Mahas şəhəri Somali hökumətinin üsyançıqüvvələrə qarşı mübarizəsində mühüm strateji forpostlardan biriolub. Şəhər son on ildən artıq müddətdə paytaxt Moqadişonunnəzarətində olub və "Əş-Şəbab" qruplaşmasına qarşı hərbiəməliyyatların əsas bazalarından biri kimi fəaliyyət göstərib.
Şəhərin ələ keçirilməsi hökumət qüvvələrinin bölgədəkimövqelərinə ciddi zərbə vurub. Hazırda ərazidə vəziyyətin gərginolduğu bildirilir.