Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatında, Pasifik-Qrouv rayonunda üç nəfərinolduğu özəl təyyarə qəzaya uğrayıb.
Trend-inməlumatına görə, "Beech 95-B55 Baron" tipli hava gəmisi Sakit okeansahilində yerləşən Point-Pinos mayakının yaxınlığında okeana düşüb.Təyyarə N8796R reysi ilə San-Karlos hava limanından qalxaraqMonterey regional hava limanına doğru hərəkət edirmiş.
Qəza nəticəsində təyyarədə olan üç nəfərin hamısı həyatınıitirib. Sahil mühafizəsi və xilasedicilər axtarış-xilasetməəməliyyatına cəlb olunub. İlk cəsəd səhər saatlarında tapılıb,digər iki nəfərin meyiti isə gün ərzində aşkar edilib.
Təyyarənin qalıqları sahilə və qayalara səpələnib. Yerlihakimiyyət orqanlarının qiymətləndirməsinə görə, hava gəmisininokeana düşdüyü nöqtə sahildən təxminən 200–300 metr məsafədəyerləşir.
Həlak olanların adları hələlik açıqlanmayıb. Qəzanın səbəbləriaraşdırılır.