AZ

Makron: Fransa Ukraynanı dəstəkləməyi davam edəcək

BAKI, 28 iyul. TELEQRAF

Fransa Ukraynanı dəstəkləməyi və Rusiyaya təzyiqi artırmağı davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu bəyanatla Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığından sonra çıxış edib.

"Mən Fransanın dəstəyini təsdiqlədim: biz Ukraynaya yardımımızı gücləndirməyə və Rusiyaya təzyiqi artırmağa davam edəcəyik, Rusiya nəhayət atəşkəsə razılaşmalıdır ki, bu da Avropanın tam iştirakı ilə davamlı və uzunmüddətli sülhə gətirib çıxaracaq danışıqlara yol açacaq", - o, “X” sosial şəbəkəsində yazıb.

Seçilən
40
teleqraf.com

1Mənbələr