AZ

Nigeriyada qayığın batması nəticəsində 13 nəfər ölüb

Bakı, 28 iyul, AZƏRTAC

Nigeriyada qayığın batması nəticəsində aralarında uşaqlar da olmaqla 13 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb. Bildirilib ki, 39 nəfərin olduğu qayıqda sərnişinlərlə yanaşı, ev heyvanları və kənd təsərrüfatı məhsulları da olub. Sərnişinlər bazara gedirmiş. 26 sərnişin xilas edilib.

İlkin ehtimala görə qəzaya qayığın həddən artıq yüklənməsi səbəb olub.

Seçilən
38
4
azertag.az

5Mənbələr