ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp diplomatik protokolu pozaraq bir sıra ölkə liderlərini şəxsi telefonu ilə ünsiyyət qurmağa sövq edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico nəşri" mənbələrə istinadən məlumat yayıb.
"O, bir çox liderlərlə şəxsi telefonu ilə danışır. Zənglərin əksəriyyəti konkret məsələlərə, real işlərə aiddir, lakin bəzən söhbətlər şəxsi mövzuları da əhatə edir", - mənbələr bildiriblər.
Trampın həmsöhbətləri arasında Fransa Prezidenti Emmanuel Makron, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Al-Səud və Böyük Britaniyanın Baş naziri Kir Starmerin adları çəkilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.