Bakı. Trend:
Polşada dəmir yolu işçiləri iyulun 28-dən etibarən ölkə üzrəgenişmiqyaslı etiraz aksiyalarına başlayacaqlar.
Trend xəbər verirki, bu barədə məlumatı “RMF FM” radiosu yayıb.
Həmkarlar ittifaqlarının açıqlamasına görə, hökumətin nəqliyyatsiyasəti dəyişdirilməzsə, dəmir yolu sektorunda iflic vəziyyəti vəkütləvi ixtisarlar qaçılmaz olacaq.
Etirazçıların əsas narazılıq səbəbləri arasında dəmir yollarınadövlət dəstəyinin olmaması, infrastrukturdan istifadə üçün yüksəktariflər və Avropa İttifaqında ən bahalı lokomotiv enerjisininPolşada tətbiq olunması yer alır.
Həmkarlar ittifaqları bildirir ki, bu problemlərin davam etməsinəqliyyat sektorunun iflasına və minlərlə iş yerinin itirilməsinəsəbəb ola bilər.