AZ

36 yaşlı Javi Martinez Qətərin "Əl Bidda" klubuna keçib

İspaniyalı müdafiəçi Xavi Martinez Qətərin “Əl Bidda” klubu ilə müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı ispaniyalı ilə müqavilənin şərtləri açıqlanmayıb. “Bavariya”nın keçmiş oyunçusu azad agent kimi Qətərin ikinci divizion komandasına qoşulub.

Martinez 2021-ci ildən Qətərdə çıxış edir. Ümumilikdə müdafiəçi komandanın heyətində 93 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
25
operativmedia.az

1Mənbələr