Bakı. Trend:
Səudiyyə Ərəbistanı “Yaşıl Səudiyyə” təşəbbüsü çərçivəsində2030-cu ilədək ölkə ərazisində 100 milyon manqrov ağacınınəkilməsini planlaşdırır.
Trend xəbər verirki, bu barədə ölkənin Bitki Örtüyünün İnkişafı və Səhralaşmayaqarşı Mübarizə Mərkəzi məlumat yayıb. Məlumata əsasən, bu günədəkartıq 52 milyon ting əkilib.
Manqrov meşələri özündə bir çox funksiyanı birləşdirən mühümekosistemlər sayılır. Onlar quşlar, balıqlar və digər dənizcanlıları üçün təbii yaşayış mühiti yaradaraq bioloji müxtəlifliyinqorunmasına və artırılmasına mühüm töhfə verir. Bu ağaclar karbonqazını effektiv şəkildə udmaq və saxlamaq qabiliyyəti ilə iqlimdəyişikliyi ilə mübarizədə də vacib rol oynayır.
Eyni zamanda, manqrov meşələri sahilyanı icmalar üçün iqtisadibaxımdan da əhəmiyyətlidir. Onlar qida dəyəri yüksək olan və balverən çiçəklərlə yerli arıçılıq və kənd təsərrüfatına da dəstəkverir.
Layihə çərçivəsində Səudiyyə Ərəbistanının Qırmızı dəniz vəKörfəz sahillərində milyonlarla manqrov ağacının əkilməsi üçünmüxtəlif təşəbbüs və ekoloji layihələr həyata keçirilir.