Bakı. Trend:
"Telegram" mesencerində üz tanıma texnologiyasından istifadəedərək istifadəçilərin yaşını təsdiqləyən rəsmi bot fəaliyyətəbaşlayıb.
Trend xəbər verirki, bu barədə “Durova Code” portalı məlumat yayıb.
Yeni funksiya hələlik yalnız Böyük Britaniya ərazisində aktivdirvə yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq olunur.Botun təsvirində qeyd edilir ki, istifadəçi şəkilləri və digərşəxsi məlumatlar yalnız istifadəçinin cihazında emal olunur və heçbir halda xarici serverlərə ötürülmür.
Qeyd edək ki, iyulun 25-dən etibarən Böyük Britaniyada onlaynplatformalara yetkinlik yaşına çatmayan istifadəçiləri zərərliməzmundan qorumağı məcburi edən yeni qanuni tənzimləmələr qüvvəyəminib. Yeni yaş təsdiqi funksiyası da bu tələblərin icrasıməqsədilə təqdim edilib.