AZ

Ermənistan Zəngəzur dəhlizini Azərbaycana icarəyə verir



"Ermənistanın Azərbaycan ərazilərini 30 il işğal etdiyi müddətdə müxtəlif sferalarda vurduğu ziyanın 150 milyard dollar olduğu bildirilir. Azərbaycanın da hələlik bu ziyanın qarşılığında reparasiya-təzminat kimi geri istəməsini sülh anlayışı ilə əlaqəli olaraq təxirə saldığı deyilir. Göründüyü kimi Azərbaycan dövləti konstruktivlik göstərərək Ermənistanın ağır dövründə təzminat tələbi ilə daha da çətin duruma düşməsini istəmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, Zəngəzur dəhlizinin açılması və ona nəzarət mexanizminin qurulması üçün yolların axtarıldığı bir durumda sözügedən dəhlizin açılması, ona nəzarət və Azərbaycanın təzminat məsələlərinin birlikdə həlli üçün ən yaxşı yolun olacağını düşünür:

"Ermənistan Zəngəzur dəhlizini 150 milyard dollar ziyan ödənənə kimi Azərbaycana icarəyə verir. Dəhlizə nəzarət əsasən Azərbaycan tərəfindən həyata keçirilir. Bura Ermənistan tərəfindən müşahidəçilər əlavə edilir. Azərbaycan 150 milyard ziyanı təzmin etdikdən sonra Zəngəzur dəhlizi Naxçıvana gediş-gəliş istisna olmaqla digər tranzitlər üçün Ermənistanın nəzarətinə verilir. 150 milyardın neçə ilə təzmin edilməsi isə müddətə bağlanmır".

Süleyman
Seçilən
17
newscenter.az

1Mənbələr