AZ

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi



Zəngəzur dəhlizinin reallaşması ilə bağlı İranın mövqeyi dəyişmir və İran, bu lahiyəyə qəti şəkildə qarşı çıxır.Zaman -zaman Zəngəzur dəhlizinin reallaşmasına imkan verməyəcəyi ilə bağlı arqumentlər gətirən İran,bu gün də, bu istiqamətdə bəyanatlar verir.Əslində İranın qarnının ağrısı, onun gətirdiyi arqumentlərlə bağlı deyil.Zəngəzur dəhlizinin əhəmiyyəti nəinki Azərbaycan və Türkiyə üçün, həmçinin Ermənistan və İran üçün də çox faydalıdır.Bütünlükdə Cənubi Qafqaz və digər region ölkələrinin geoiqtisadi maraqlarına cavab verən bu lahiyə, dünya iqtisadiyyatı üçün də vacib olduğunu artıq dünyanın ən böyük dövlətləri, təsdiq edirlər.Sadəcə olaraq geosiyasi maraqlar toqquşmasından dolayı lahiyənin reallaşması regionda baş verənlərdən dolayı yubadılır.İranın isə iddia etdiyi arqumentlərin heç bir əsası olmadığı da ortadadır.İran sadəcə olaraq, Zəngəzur dəhlizinin reallaşması nəticəsində Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da güclənəcəyindən narahatdır və bu lahiyənin reallaşması nəticəsində İranda yaşayan azərbaycanlıların ruhlanmasından ehtiyyat edir.Dünya dəyişir və paralel olaraq maraqlar da dəyişmək məcburiyyətindədir.İranın isə köhnə təfəkkürlü rəhbərliyi buna imkan tanımaq istəmir və regionda yaşayan insanları öz çirkin maraqlarının qurbanına çevirməklə davam etmək niyyətindədirlər.

Çingiz Şahbazi, siyasi ekspert
Seçilən
18
1
newscenter.az

2Mənbələr