Bakı. Trend:
Portuqaliyalı futbolçu Joao Feliks karyerasını SəudiyyəƏrəbistanının “Əl-Nəsr” klubunda davam etdirəcək.
Trend xəbər verirki, Kriştiano Ronaldonun çıxış etdiyi Ər-Riyad təmsilçisi “Çelsi”ilə Feliksin transferi barədə razılığa gəlib.
İlkin transfer məbləği 30 milyon avro təşkil edir. Bonuslar vəfutbolçunun gələcək satışından pay nəzərə alınmaqla, ümumi məbləğin50 milyon avroya çatacağı gözlənilir.
Məlumata görə, Feliks “Əl-Nəsr”lə 2027-ci ilin iyununa qədərqüvvədə olacaq 2 illik müqavilə imzalayacaq.