Bakı. Trend:
ABŞ Dövlət Departamentinin nümayəndələri Kamboca və Tailandarasında Malayziyada keçiriləcək atəşkəsə dair yüksək səviyyəlidanışıqlarda iştirak edəcək.
Trend-inməlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanatyayıb.
O bildirib ki, Dövlət Departamentinin rəsmiləri bölgədə sülhünbərqərar olunması istiqamətində səylərə dəstək vermək məqsədiləMalayziyada danışıqlarda iştirak edəcəklər.
“Həm Prezident Tramp, həm də mən hər iki ölkədəkihəmkarlarımızla daimi əlaqə saxlayırıq və vəziyyəti çox diqqətləizləyirik. Biz bu münaqişənin tez bir zamanda sona çatmasınıistəyirik”, – deyə Rubio əlavə edib.
Qeyd edək ki, bölgədəki gərginlik son vaxtlar artıb vəbeynəlxalq ictimaiyyət atəşkəsin əldə olunması üçün diplomatiksəyləri gücləndirib.