BAKI, 28 iyul. TELEQRAF
Qətər dövləti prezident təyyarəsi “Air Force One” kimi nəzərdə tutulan Boeing 747-8 təyyarəsini ABŞ-yə təmənnasız verəcək.
Teleqraf xəbər verir ki, bu barədə CNN iki ölkənin müdafiə nazirlərinin imzaladığı memoranduma istinadən məlumat yayıb.
ABŞ-nin müdafiə naziri Pit Heqset və onun qətərli həmkarı Səud bin Əbdürrəhman Əl Tani tərəfindən 7 iyulda imzalanan sənəd, sövdələşmənin könüllü xarakterli olduğunu təsdiqləyir. Mətndə qeyd olunur ki, təhvil "əməkdaşlıq ruhu"nda və korrupsiya əlamətləri olmadan həyata keçirilir.
CNN-in və ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarənin modernizasiya dəyəri 400 milyon dollardan az olacaq.