
Fələstində iyul ayının ilk iki həftəsi ərzində beş yaşınadək 5 mindən çox uşaq qida çatışmazlığı səbəbindən ambulator müalicə üçün xəstəxanaya yerləşdirilib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytındakı bəyanatda deyilir.
ÜST-nin məlumatına görə, Qəzza zolağında ölüm halları iyul ayında pik həddə çatıb. Ayın birinci yarısında aclıqdan əziyyət çəkən beş yaşından aşağı 5 min uşaq müalicə olunur.
V. QULİYEV