AZ

"Samsung" və "Tesla" arasında 16,5 milyard dollarlıq mikroelektronika müqaviləsi bağlanıb

Bakı. Trend:

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung", ABŞ-ınelektrikli avtomobil istehsalçısı "Tesla" ilə uzunmüddətlimikroelektronika istehsalı müqaviləsi imzalayıb.

Trend-in“Bloomberg”ə istinadən verdiyi məlumata görə, müqavilənin ümumidəyəri 16,5 milyard dollar təşkil edir və 2033-cü ilin sonuna qədərqüvvədə olacaq.

Agentliyin qeyd etdiyi kimi, bu müqavilə "Samsung"un sondövrlərdə mikroçip istehsalı sahəsində bazar payını itirdiyi birdövrdə əldə olunub. Hal-hazırda mikroçip bazarında lider olanTayvan şirkəti "TSMC", məhsullarına olan yüksək qlobal tələbatsəbəbilə bəzi sifarişləri vaxtında yerinə yetirməkdə çətinlikçəkir. Bu isə "Samsung" üçün yeni sifarişlər və bazar imkanlarıyaradır.

Məlumata görə, hər iki nəhəng istehsalçı – "Samsung" və "TSMC" –yaxın illərdə 2 nanometrlik çiplərin istehsalına keçməyiplanlaşdırır ki, bu da texnologiya sahəsində yeni mərhələ olacaq.Bu kontekstdə "Tesla" ilə bağlanan müqavilə "Samsung"un istehsalgücünü tam yükləməsinə və rəqabətdə mövqeyini möhkəmləndirməsinəşərait yaradacaq.

Seçilən
22
1
az.trend.az

2Mənbələr