AZ

Bu ölkədə sərnişin təyyarəsi yandı: 179 nəfər...

Denver Beynəlxalq Hava Limanında sərnişin təyyarəsi yanıb.

Publika.az xəbər verir ki, "American Airlines"a məxsus "Boeing 737 Max" təyyarəsində uçuş zamanı problemlər başlayıb.

Mayamiyə gedən təyyarədə qəflətən eniş şassisi alışıb. Həmin an təyyarədə 6 ekipaj üzvü və 173 sərnişin olub, nəticədə hamı təcili sürüşmə yastığı vasitəsi ilə kabinədən təxliyə edilməli olub. Eyni zamanda 5 nəfərin əzalarında qançırlar yaranıb. Onlara yerindəcə yardım göstərilib, daha bir sərnişin xəstəxanaya yerləşdirilib.

Qeyd edilib ki, digər sərnişinlər Mayamiyə başqa “Boeing”lə uçacaqlar.

Məlumata görə, fövqəladə vəziyyətlə əlaqədar hava limanında 87 reys gecikib.

Seçilən
38
publika.az

1Mənbələr